Mənim İnancım

Sorurlar imanın nə?

Dinin nə, inancın nə?

Mənim inancım Tanrı,

Mənim güvənim Tanrı.

 

Qaqauz elində bir xristian,

Doğu Türküstanda bir müsəlmanam.

Tuva və Altayda bir buddist, şaman,

Karaim elində başqa inancam.

 

Sorma inancım nə, mənə bu anda.

Bir göyə, bir yerə, kainata bax.

Mənim inancım bu gözəlliyi,

Təbiəti, qurmuş Tanrıdır ancaq.

 

Ona şükür edir, Ondan dilərik.

İlahi qüdrəti təqdir edərik.

Nə olsa, əlləri açıb astadan,

Üzü Göy Tanrıya dua edərik.

 

Əfsanə Ələsgərli (Efsane ELESGERLİ) – Eylül 2012

 

Bir Cevap Yazın

E-posta hesabınız yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Şu HTML etiketlerini ve özelliklerini kullanabilirsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>